Avropa çempionatına gedəcək güləşçilərimiz müəyyənləşdi
Aprelin 18-də sərbəst güləşdə bütün çəkilər üzrə püşkatma mərasimi keçiriləcək və güləşçilərimizin rəqibləri müəyyənləşəcək. Növbəti gün 57, 65, 70, 79 və 97 kiloqram çəki dərəcəsində mübarizəyə start veriləcək. Digər çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər isə ayın 20-də xalça üzərinə çıxacaq. Güləşin bu növündə mübarizəyə aprelin 21-də yekun vurulacaq.
Azvision.az
Teqlər: Güləş