“Ermənistan Ağdamı öz ərazisi hesab edirdisə, niyə dağıdıb?” - Vito Petroçelli

  15 Aprel 2021    Oxunub : 2657
 “Ermənistan Ağdamı öz ərazisi hesab edirdisə, niyə dağıdıb?” -  Vito Petroçelli
İtaliya Senatının xarici əlaqələr daimi komissiyasının sədri Vito Petroçelli Ağdama səfər edib.
Azvision.az xəbər verir ki, bu barədə Petroçelli “Twitter” hesabında yazıb.

"Mən Ağdamın qalıqlarını ziyarət etdim. Sual verirəm: Əgər Ermənistan buranı öz ərazisinin bir hissəsi hesab edirdisə, onda nəyə görə buranı darmadağın edirdi?".

Qeyd edək ki, ötən gün Vito Petroçellinin rəhbərlik etdiyi İtaliya nümayəndə heyəti Gəncə şəhərinə səfər edib.



Azvision.az

Teqlər: İtaliya   Ağdam