Nazir İctimai Şuranın üzvləri ilə görüşüb

Nazir İctimai Şuranın üzvləri ilə görüşüb
  15 Aprel 2021    Oxunub:1925
Energetika naziri Pərviz Şahbazov rəhbərlik etdiyi qurumun yanında yaradılmış İctimai Şuranın üzvləri ilə görüşüb.
Bu barədə Azvision.az -a Nazirlikdən məlumat verilib. Məlumata görə, nazir Şuraya seçilmiş şəxsləri təbrik edib və fəaliyyətlərində uğurlar arzulayıb, Prezident İlham Əliyevin ölkəmizdə dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarət və ictimai iştirakçılığa xüsusi diqqət yetirdiyini qeyd edib, dövlət başçısının sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda vətəndaş cəmiyyəti institutlarının dəstəklənməsi, ictimai nəzarətin gücləndirilməsi ilə bağlı müvafiq vəzifələrin müəyyən edildiyini diqqətə çatdırıb.

Görüşdə aidiyyəti sahələr üzrə yeni normativ-hüquqi aktların layihələrinin hazırlanması və müvafiq qanunvericiliyin təkmilləşdirilməsi işlərində Şuranın iştirakına geniş şəraitin yaradılacağı, şura üzvlərinin rəy və təkliflərinə diqqətlə yanaşılacağı vurğulanıb. Digər sahələr üzrə də ictimai şuranın üzvləri ilə sıx əməkdaşlıq şəraitində uğurla fəaliyyət göstəriləcəyinə əminlik ifadə olunub. Görüş zamanı ictimai şuranın üzvləri seçkilərin şəffaf və ədalətli keçirildiyinə görə təşəkkür edərək, əməkdaşlığa hazır olduqlarını bildiriblər.

Sonda Şura üzvlərinə vəsiqələr təqdim edilib.

Energetika Nazirliyi yanında İctimai Şura “İctimai iştirakçılıq haqqında” qanunun icrasını təmin etmək məqsədilə, 7 nəfərdən ibarət yaradılıb.

Azvision.az



Teqlər: Enregetika  





Xəbər lenti