İndiyədək peyvənd olunanların sayı açıqlandı

 İndiyədək peyvənd olunanların sayı açıqlandı
  15 Aprel 2021    Oxunub:2298
Aprelin 15-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 28 min 600 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az-a bildirilib ki, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 23 min 891, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 4709 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 271 min 781-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 837 min 304, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 434 min 487 nəfərdir.

Azvision.az


Teqlər: Peyvənd  





Xəbər lenti