ABŞ 10 rus diplomatını ölkədən çıxarır

  15 Aprel 2021    Oxunub : 1246
 ABŞ 10 rus diplomatını ölkədən çıxarır
ABŞ Rusiyanın Vaşinqtondakı diplomatik nümayəndəliyinin on əməkdaşını ölkədən çıxarır.
Azvision.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

"ABŞ Rusiyanın Vaşinqtondakı diplomatik nümayəndəliyinin on əməkdaşını ölkədən çıxarır. Onların arasında Rusiya xüsusi xidmət orqanlarının nümayəndələri də var", - bəyanatda deyilir.

Bundan əvvəl, Rusiya Federasiya Şurasının Beynəlxalq işlər Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov Moskvanın ABŞ-ın hərəkətlərini cavabsız qoymayacağını, diplomatları ölkədən çıxarılacağı təqdirdə adekvat addım atılacağını bildirib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Rusiya   ABŞ