“Taliban” ABŞ-a 1 mayadək vaxt verdi

“Taliban” ABŞ-a 1 mayadək vaxt verdi
  15 Aprel 2021    Oxunub:1481
“Taliban” radikal hərəkatı 1 may tarixinə qədər ABŞ qoşunlarının Əfqanıstandan çıxmalı olduğunu bəyan edib.
Azvision.az xəbər verir ki, bu barədə "RİA Novosti" yazıb.

"Qoşunların çıxarılmasının bir neçə ay ərzində təxirə salınması və sentyabr ayına qədər tamamlanacağı barədə məlumatlarla əlaqədar bildirmək istəyirik ki, bu qərar Dohada əldə edilmiş razılaşmanın açıq şəkildə pozulması və götürülən öhdəliklərin yerinə yetirilməməsidir. Amerikanı dərhal bütün qüvvələrini Əfqanıstandan çıxarmağa çağırırıq", - “Taliban”ın açıqlamasında vurğulanıb.

Qeyd edilib ki, Amerikanın müqaviləni pozması “Taliban”a lazım olan bütün əks tədbirləri alması üçün fürsət açır, bu səbəbdən gələcək bütün nəticələrə görə məsuliyyəti qarşı tərəf daşıyacaq.

ABŞ prezidenti Co Bayden daha əvvəl 11 sentyabra qədər Əfqanıstandan qoşunlarını geri çəkmək qərarını açıqlayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Əfqanıstan   ABŞ   Ordu  





Xəbər lenti