Meksika səfiri Anar Rzayevlə görüşüb

Meksika səfiri Anar Rzayevlə görüşüb
  15 Aprel 2021    Oxunub:1722
Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Azərbaycan Yazıçılar Birliyinin(AYB) sədr Anar Rzayevlə görüşüb.
Azvision.az xəbər verir ki, görüşdə əsas məqsəd ikitərəfli ədəbi əlaqələrinin müzakirəsi olub.

AYB sədri Meksika ədəbiyyatına oxucuların marağını vurğulayaraq, qurum nəzdində Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin həyata keçirdiyi son tərcümələr haqqında məlumat verib. Mərkəzin direktoru Səlim Babullaoğlu öz növbəsində, qeyd olunan Mərkəzin funksiyaları və fəaliyyətindən danışıb.

Səfir Labardini ikitərəfli mədəni və ədəbi əlaqələrin təşviqində AYB-nin rolunu qeyd edib. Bu xüsusda, meksikalı yazıçı David Toskananın Bakıya səfəri və AYB-də azərbaycanlı ədib və oxucularla keçirdiyi görüşləri xatırlayıb.

Tərəflər əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Hər iki ölkənin ədəbiyyat əsərlərinin tərcüməsinə təkan vermək vacib hesab edilib, eyni zamanda gələcək birgə layihələr haqqında söhbət aparılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: AnarRzayev   Meksika   Səfir  





Xəbər lenti