Qərbin “fast food”ları Azərbaycanda uşaqları piyləndirir

 Qərbin “fast food”ları Azərbaycanda uşaqları piyləndirir
  15 Aprel 2021    Oxunub:2028
Son 20 ildir ki, Azərbaycanda uşaqlar arasında piylənmənin artım tendensiyası müşahidə edilir. Buna səbəb Qərb mətbəxindən “fast food”ların daxil olmasıdır.
Azvision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova deyib.

O bildirib ki, 2019-cu ildə piylənmə ilə əlaqədar 1234 nəfər ilkin dispanser qeydiyyatına alınıb, onlardan 667 nəfəri 0-17 yaşlılardır.

“Ümumilikdə, qeydiyyatda olan 5591 nəfərdən 1291 nəfəri 0-17 yaşlı uşaqlar olub. Bu da o deməkdir ki, bu sahədə artım tendensiyası müşahidə olunur. Artıq çəkidən əziyyət çəkən insanlarda şəkərli diabetə rast gəlinir. 2020-ci ildə 287 mindən çox şəkərli diabet xəstəsi qeydə alınıb. Diabet xəstələrindən 1957 nəfəri 0-17 yaşına qədər uşaqlardır”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Piylənmə  





Xəbər lenti