Azərbaycan-Belarus hərbi əməkdaşlığı müzakirə olundu

  15 Aprel 2021    Oxunub : 1659
   Azərbaycan-Belarus hərbi əməkdaşlığı müzakirə olundu
Aprelin 15-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Belarus Respublikasının Dövlət Hərbi-Sənaye Komitəsinin sədri cənab Dmitriy Pantusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyindən Azvision.az-a verilən məlumata görə, tərəflər Azərbaycan ilə Belarus arasında hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini, həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələləri müzakirə ediblər.

Azvision.az

Teqlər: Azərbaycan   Belarus   Hərbi   Əməkdaşlıq