Blinken Əfqanıstana gözlənilməz səfər edib

Blinken Əfqanıstana gözlənilməz səfər edib
  15 Aprel 2021    Oxunub:1637
ABŞ dövlət katibi Entoni Blinken Əfqanıstana səfər edib.
Azvision.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Qeyd olunub ki, Entoni Blinken Prezident Co Baydenin Əfqanıstandan ABŞ qoşunlarını geri çəkmək qərarını qarşı tərəfə çatdırmaq üçün əvvəlcədən elan etmədən Kabilə gəlib.

"Bu səfərimlə ABŞ-ın İslam Respublikasına və Əfqanıstan xalqına davamlı dəstəyini nümayiş etdirmək istəyirəm. Tərəfdaşlıq dəyişir, amma o, davamlıdır", - Blinken Prezident Əşrəf Qani ilə görüşdən sonra deyib.

Xatırladaq ki, ABŞ Administrasiyası bu il sentyabrın 11-dək qoşunlarını Əfqanıstanda çıxaracağını bəyan edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Əfqanıstan  





Xəbər lenti