23 nəfərin müqaviləsiz işlədiyi aşkarlandı
Araşdırma zamanı fiziki şəxslər - Qəhramanov Elçin Mərdan oğluna məxsus mebel sexində 11 nəfər, Ələkbərzadə Rza Nazim oğluna məxsus corab istehsalı sexində isə 12 nəfərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən muzdlu işlərin yerinə yetilməsinə cəlb edildiyi faktı aşkar olunub ki, bu da əmək və vergi qanunvericiliyinin şərtlərinin kobud şəkildə pozulması deməkdir.
"Dövlət Vergi Xidməti bir daha vergi ödəyicilərini qanunvericilyin tələblərinə ciddi şəkildə əməl etməyə çağırır və bildirir ki, bu cür halların qarşısının alınması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində bundan sonra da müvafiq tədbirlər görüləcək", - deyə qurum bəyan edib.
Azvision.az