Ermənilər BMT-nin ofisi qarşısında aksiya keçirir

 Ermənilər BMT-nin ofisi qarşısında aksiya keçirir
  15 Aprel 2021    Oxunub:2490
BMT-nin İrəvandakı ofisinin qarşısında etiraz aksiyası keçirilir.
Azvision.az xəbər verir ki, bir qrup erməni “hərbi əsir” adlandırdıqları terrorçuların Azərbaycandan qaytarılmasına kömək göstərilməsini tələb edirlər.

Eyni zamanda Qarabağda müharibə zamanı itkin düşmüş erməni hərbçilərin yaxınları etirazlara davam edəcəklərini bildiriblər.

Qeyd edək ki, Ermənistanın “hərbi əsir” kimi qələmə verdiyi silahlı qrup üzvləri 10 noyabr tarixli üçtərəfli bəyanatdan sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərində terror hücumu təşkil etdiklərinə görə saxlanılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İrəvan  





Xəbər lenti