Putin və Lukaşenko Qarabağı müzakirə edib

 Putin və Lukaşenko Qarabağı müzakirə edib
  15 Aprel 2021    Oxunub:4188
Rusiya Prezidenti Vladimir Putinlə Belarus lideri Aleksandr Lukaşenko arasında telefon danışığı olub.

Azvision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Tərəflər müttəfiqlik münasibətlərini gücləndirmək niyyətlərini dilə gətirib, həmçinin Dağlıq Qarabağ mövzusuna toxunublar.
"Lukaşenkonun 13-14 aprel tarixlərində Azərbaycana səfəri kontekstində Dağlıq Qarabağ mövzusu müzakirə edilib", - deyə məlumatda vurğulanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Putin   Lukaşenko  





Xəbər lenti