Gənc əsgərlərin hazırlığına xüsusi diqqət yetirilir - VİDEO

  15 Aprel 2021    Oxunub : 1858
   Gənc əsgərlərin hazırlığına xüsusi diqqət yetirilir -    VİDEO
Azərbaycan Ordusunun bütün hərbi hissələrində hərbi xidmətə yeni çağırılmış gənc əsgərlərin hazırlığına xüsusi diqqət yetirilir, bu kateqoriyadan olan hərbi qulluqçularla müxtəlif nəzəri və praktiki məşğələlər keçirilir.
Müdafiə Nazirliyindən Azvision.az-a verilən məlumata görə, məşğələlərdə gənc əsgərlərə hərbi intizam qaydaları öyrədilir, onların sıra vərdişləri formalaşdırılır və təkmilləşdirilir. Məşğələ rəhbərləri tərəfindən keçirilən dərslərdə şəxsi heyətə sıra hazırlığının fənn və elementləri öyrədilir.



Hərbi hissələrdə hərbi qulluqçuların fiziki hazırlığına da xüsusi önəm verilir. İdman şəhərciklərində şəxsi heyətlə fiziki hazırlıq üzrə dərslər keçirilir. Dərslər zamanı şəxsi heyət müxtəlif idman qurğularında məşqlər keçir müxtəlif normativlər yerinə yetirir.



Azərbaycan Ordusunda günün nizam qaydasına uyğun olaraq hərbi qulluqçuların asudə vaxtını səmərəli keçirməsi üçün hərbi hissələrdə istirahət guşələri, ideoloji otaqlar mövcuddur. Burada hərbi qulluqçular hərbi mətbu orqanlarının nəşr etdiyi qəzet, jurnal və digər məhsulların yeni buraxılışları ilə tanış olurlar.



Azvision.az

Teqlər: MN   Ordu   Gənc   Əsgər