"ABŞ-ın belə qərar verməyəcəyini düşünürük" - Çavuşoğlu

 "ABŞ-ın belə qərar verməyəcəyini düşünürük" -  Çavuşoğlu
  15 Aprel 2021    Oxunub:2701
ABŞ beynəlxalq hüququ nəzərə alarsa, bu "soyqırım"ı tanımaq qərarı verməz.
Azvision.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

XİN rəhbəri bildirib ki, bundan əvvəl də ABŞ prezidentləri qondarma "erməni soyqırımı" məsələsinə toxunub.

"Düşünürük ki, aprelin 24-də ABŞ belə bir qərar verməyəcək. Ən pis halda, fərz edək ki, bu qərarı verdi, amma bir siyasətçinin ifadəsi ilə bu məsələ həll olunmur. BMT 1948-ci ildə bu məsələ ilə bağlı öz mövqeyini açıq şəkildə bildirib", - Çavuşoğlu əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Mövlud-Çavuşoğlu   Türkiyə   XİN  





Xəbər lenti