MN-in bölgələrdəki anbarları yenidən quruldu - VİDEO

  15 Aprel 2021    Oxunub : 1488
MN-in bölgələrdəki anbarları yenidən quruldu -    VİDEO
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi, maddi-texniki təminatının və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar göstərişinə əsasən həyata keçirilən tədbirlər davam edir.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, tədbirlər çərçivəsində mərkəzi ərzaq anbarının bölgələrdə yerləşən bir bölməsində yenidənqurma işləri görülüb. Burada ərzaq məhsullarının qəbulu, saxlanılması və qoşunlara paylanılması üçün lazımi şərait yaradılıb.



Tez xarab olan ərzaqların saxlanması üçün 200 tonluq soyuducu kamera, quru ərzaqların saxlanması üçün ümumi tutumu 1000 ton olan saxlanc, kartof və tərəvəzlərin saxlanması üçün isə ümumi tutumu 200 tonluq saxlanc və toxunulmaz ehtiyat ərzaqının saxlanması üçün 140 ton tutumu olan saxlanc binası mövcuddur.

Bundan əlavə ərazidə quru ərzaqların saxlanması üçün soyutma sistemi ilə təchiz edilmiş 500 tonluq saxlanc binası və tez xarab olan ərzaqların saxlanması üçün 200 tonluq saxlanc binası inşa edilib.

Hazırda bu istiqamətdə fəaliyyətlər davam etdirilir.

Azvision.az

Teqlər: MN   Anbar   Təminat