ABŞ Əfqanıstanda hərbi mövcudluğunu saxlamaq istəyir

ABŞ Əfqanıstanda hərbi mövcudluğunu saxlamaq istəyir
  15 Aprel 2021    Oxunub:2090
ABŞ-ın yüksək rütbəli hərbçiləri Əfqanıstanda hərbi mövcudluğun saxlanılmasını istəyir.
Azvision.az xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.

Məlumata görə, yüksək vəzifəli zabitlər Əfqanıstanda az sayda həbçinin saxlanılmasının tərəfdarıdır. Onların fikrincə, Əfqanıstanda “Taliban” hərəkatı yaraqlılarının qarşısını almaq üçün bir neçə min Amerika əsgərinə ehtiyac var.

Əfqanıstanda davamlı hərbi mövcudluğu dəstəkləyənlər arasında ABŞ-ın Baş Qərargahlar rəisi Mark Milli də var. Bundan başqa, ABŞ Dövlət Departamentinin bir sıra rəsmiləri də Amerika qüvvələrinin Əfqanıstandan tamamilə çıxarılmasına qarşıdırlar.

ABŞ Administrasiyası daha əvvəl Əfqanıstandan qoşunların çıxarılmasına 1 mayda başlanacağını və prosesin 11 sentyabr tarixinədək tamamlanacağını elan edib. Hərbçilərin çıxışı müttəfiqlər və tərəfdaşlarla tam koordinasiya ilə aparılacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Əfqanıstan   ABŞ  





Xəbər lenti