Erməni hərbçilərini maşın vurdu: Ölən və yaralılar var

  15 Aprel 2021    Oxunub : 1800
Erməni hərbçilərini maşın vurdu:  Ölən və yaralılar var
Ermənistanın Kotayk bölgəsində baş vermiş yol qəzası nəticəsində iki hərbçi ölüb, daha dörd nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.
Azvision.az xəbər verir ki, bu barədə “shamshyan.com” saytı məlumat yayıb.

Hadisə aprelin 15-nə keçən gecə, saat 01:00 radələrində Tiqranadzor magistral yolunda (Aramus kəndi yaxınlığında) qeydə alınıb. Sürücü altı piyadanı maşınla vuraraq hadisə yerindən qaçıb.

Qəza zamanı iki nəfər yerindəcə ölüb, ağır bədən xəsarətləri alan dörd nəfər tibb mərkəzinə aparılıb.

Sürücünün şəxsiyyəti artıq müəyyənləşib. O, Kotayk bölgəsinin sakini 34 yaşlı K.M-dir. Şübhəli şəxs saxlanılıb. Sürücü avtomobili idarə edərkən sərxoş vəziyyətdə olub.

Polis hadisəni araşdırır. Qəzada ölənlər və yaralılar Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində xidmət edən hərbçilərdir.

Faktla bağlı cinayət işi başlanıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ermənistan   Qəza