Türkiyə Liviyaya 150 min doza peyvənd göndərdi

  14 Aprel 2021    Oxunub : 1436
Türkiyə Liviyaya 150 min doza peyvənd göndərdi
Türkiyə Liviyaya COVID-19 infeksiyasına qarşı 150 min doza vaksin göndərib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, vaksin Ankaradan Türkiyə Silahlı Qüvvələrinə məxsus yük təyyarəsi ilə yola salınıb.

Qeyd edək ki, vaksinlərin göndərilməsi ilə bağlı razılıq Liviyanın Baş naziri Əbdülhəmid Dbeybəhin başçılıq etdiyi nümayəndə heyətinin aprelin 12-də Türkiyəyə səfəri zamanı əldə olunub.

Azvision.az

Teqlər: Türkiyə   Peyvənd   Vaksin