Türkiyədə gündəlik yoluxma sayı 62 mini keçdi

   Türkiyədə gündəlik yoluxma sayı 62 mini keçdi
  15 Aprel 2021    Oxunub:1901
Türkiyədə son sutka ərzində 279 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 62 min 797 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 4 milyon 25 min 557, pandemiya qurbanlarının sayı isə 34 min 734 nəfərə çatıb.

Türkiyədə indiyədək 3 milyon 480 min 146 pasiyent (son sutkada 55 413 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti