Ermənistan prezidenti Gürcüstana gedir

Ermənistan prezidenti Gürcüstana gedir
  14 Aprel 2021    Oxunub:1883
Ermənistan prezidenti Armen Sarkisyan Gürcüstana işgüzar səfər edəcək.
Azvision.az xəbər verir ki, bu barədə Sarkisyan “Twitter” hesabında yazıb.

Onun sözlərinə görə, sabah başlayacaq səfər zamanı həmkarı Salome Zurabişvili ilə görüşəcək.

Sarkisyanın mətbuat xidmətinin yaydığı məlumatda isə onun həmkarı Salome Zurabişvilinin dəvəti ilə həyat yoldaşı Nune Sarkisyanla birlikdə Gürcüstan paytaxtına səfər edəcəyi vurğulanıb. Tərəflər ikitərəfli gündəliyi, eləcə də qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edəcəklər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Gürcüstan   Ermənistan   Prezident  





Xəbər lenti