"Belarus Azərbaycan üçün vacib tərəfdaşdır" - Deputat

"Belarus Azərbaycan üçün vacib tərəfdaşdır" -    Deputat
  14 Aprel 2021    Oxunub:2250
Belarus Azərbaycanın 2015-ci ildən sonra qarşılıqlı ticarət dövriyyəsi hər il əvvəlki ilə nisbətən artan tərəfdaşlarındandır.
Azvision.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, 2015-ci ildə Azərbaycan ilə Belarus arasındakı ticarət dövriyyəsi 93.6 milyon dollar olsa da, bu göstərici 2016-ci ildə 124.5, 2017-ci ildə 147.7, 2018-ci ildə 203.7, 2019-cu ildə isə 227.3 milyon dollar olub.

V.Bayramov qeyd edib ki, 2020-ci ildə Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 313 milyon dolları ötüb.

"Bu da 2019-cu illə müqayisədə 86 milyon dollara yaxın çoxdur. Bu isə Belarusun Azərbaycan üçün vacib ticarət tərəfdaşlarından biri olmasından xəbər verir. Belarus Azərbaycanın haqq işinə də hər zaman dəstək verən dövlətlərdəndir", - deyə deputat vurğulayıb.

Azvision.az


Teqlər: Azərbaycan   Belarus  





Xəbər lenti