Elektron bankçılıq vasitəsilə köçürmələrın sayı artır

Elektron bankçılıq vasitəsilə köçürmələrın sayı artır
  14 Aprel 2021    Oxunub:2984
Beynəlxalq Valyuta Fondu tərəfindən aparılan araşdırmaya görə, pandemiya dönəmində rəqəmsal ödəniş alətlərindən istifadə edənlərin sayı 21 faiz artıb.
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Bankın baş direktoru Fərid Osmanov “Rəqəmsal ekosistemin inkişafında maliyyə instutularının rolu” adlı onlayn tədbirdə deyib. O bildirib ki, pandemiyanın təsirləri internet bankçılığa töhfəsini verib.

“Pandemiyanın təsirləri məhz ölkəmizdə rəqəmsallaşmada və internet bankçılığının həyata keçirilməsində öz töhfəsini verib. Belə ki, 2020-ci ilin sonuna ölkə banklarında mövcud olan cari hesabların sayı 2019-cu illə müqayisədə 16 % artıb. Həmçinin cari hesablardan həyata keçirilən müştəri ödənişlərinin sayında 53 % artım müşahidə edilib. Burada məhz internet bankçılığının payı kifayət qədər böyükdür. 2020-ci il müştərilərin cari hesablarında apardıqları köçürmələrin sayının 75%-i, həcminin isə 62 %-i elektron bankçılıq xidmətlərinin payına düşür. Başqa sözlə desək, cari hesablarda aparılan hər 100 manatlıq əməliyyatın 62 manatı internet, yaxud mobil bankçılığın payına düşür”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Bank   Köçürmə  





Xəbər lenti