“Ermənistan mina xəritələrini təqdim etməyə borcludur” - Enes İbrahim

 “Ermənistan mina xəritələrini təqdim etməyə borcludur” -  Enes İbrahim
  14 Aprel 2021    Oxunub:5630
“Ermənistan Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında basdırılmış minalarla bağlı xəritələri təqdim etməyə borcludur”.
Bunu Azvision.az -a açıqlamasında Makedoniya Türk Hərəkat Partiyasının sədri, Makedoniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Enes İbrahim bildirib.

Dağlıq Qarabağ münaqişəsinin həll edildiyini deyən makedoniyalı deputat Azərbaycanın sayəsində regiona sabitlik və sülh gətirildiyini söyləyib:

“Artıq müharibə yekunlaşıb, Azərbaycanla Ermənistan arasında münaqişə vəziyyəti yoxdur. Belə olan təqdirdə minaları basdırmış tərəf yeni faciələrin yaşanmaması üçün humanist addım atmalıdır. Zatən Azərbaycan 30 ildən çoxdur ki, münaqişə və müharibənin yaratdığı fəsadlardan xeyli əziyyət çəkib. Bundan sonra da Qarabağda mina partlamaları nəticəsində yeni itkilər olmamalıdır".

Enes İbrahim qeyd edib ki, Azərbaycanın beynəlxalq aləmdə mina mövzusunda aparacağı istənilən təbliğat ciddi şəkildə dəstək almalıdır. Onun sözlərinə görə, Ermənistana aidiyyəti beynəlxalq təşkilatlardan irad və təzyiqlər artırılmalı, xəritə mövzusu tez bir zamanda qapadılmalıdır:

"Qarabağ Azərbaycanın ən gözəl məkanlarından olduğu kimi yaxın illərdə ən böyük, surətlə inkişaf edən, yenidən canlanan ərazisi olacaq. Heç bir mina və ya hansısa digər süni əngəllər sizin tarixi torpaqlarınızda bərpa işləri aparmağınıza mane olmayacaq".

Tural Tağıyev
Azvision.az


Teqlər: Qarabağ   Deputat  





Xəbər lenti