Gürcüstan döyüş təyyarələrini modernləşdirir

  13 Aprel 2021    Oxunub : 1407
Gürcüstan döyüş təyyarələrini modernləşdirir
Gürcüstan Müdafiə Qüvvələrinə məxsus “Su-25” döyüş təyyarələrini modernləşdirir.
Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, yenilənmiş ikinci hərbi təyyarə aprelin 13-də uğurlu sınaq uçuşu yerinə yetirib. Bərpa olunmuş ilk “Su -25”in sınaq uçuşu martın 6-da baş tutub.

Müdafiə Nazirliyinin balansında olan döyüş təyyarələrinin modernləşdirilməsinin 2022-ci ilin sonunadək başa çatdırılması nəzərdə tutulub.

Qeyd edək ki, Gürcüstan ölkə ərazisindəki hərbi aerodromları yenidən qurur. Marneuli rayonu ərazisindəki hərbi aerodrom Türkiyə hökuməti tərəfindən bərpa olunur. Türkiyə hökuməti Gürcüstana hərbi təyinatlı bir sıra yeni texnikalar da hədiyyə edib.

Azvision.az

Teqlər: Gürcüstan