“ABŞ-ın dəstəyi olduqca vacibdir” - Gürcü nazir

 “ABŞ-ın dəstəyi olduqca vacibdir” -    Gürcü nazir
  14 Aprel 2021    Oxunub:1813
ABŞ-ın Dövlət katibi Entoni Blinken ilə Gürcüstanın xarici işlər naziri David Zalkaliani arasında telefon danışığı olub.
Azvision.az xəbər verir ki, bu barədə Zalkaliani "Twitter" hesabında məlumat paylaşıb.

XİN başçısı bildirib ki, söhbət zamanı Gürcüstanda və bölgədəki təhlükəsizlik vəziyyəti, ölkələr arasında tərəfdaşlıq əlaqələri müzakirə olunub.

Bundan əlavə, nazir qeyd edib ki, ABŞ-ın Gürcüstanın ərazi bütövlüyü və Avro-Atlantik inteqradiyasına güclü dəstəyi olduqca vacibdir.

Azvision.az


Teqlər: ABŞ   Gürcüstan  





Xəbər lenti