Tibb işçilərinin maaşlarına əlavənin müddəti uzadıldı

 Tibb işçilərinin maaşlarına əlavənin müddəti uzadıldı
  14 Aprel 2021    Oxunub:1817
Nazirlər Kabineti “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərarda dəyişiklik edib.
Azvision.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin ödənilməsi müddəti martın 31-dən iyunun 1-dək uzadılıb.

Azvision.az


Teqlər: Həkim   Nazirlər-Kabineti  





Xəbər lenti