Bayden Putinlə danışdı, Ukraynanı dəstəklədiyini dedi

 Bayden Putinlə danışdı, Ukraynanı dəstəklədiyini dedi
  14 Aprel 2021    Oxunub:2487
ABŞ Prezidenti Cozef Baydenlə Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub.
Azvision.az TASS xəbər verir ki, dövlət başçıları telefon danışığı zamanı regional və qlobal əhəmiyyətli məsələləri müzakirə edib, Strateji Hücum Silahları haqqında razılaşma çərçivəsində dialoqu davam etdirməyin vacibliyini vurğulayıblar.

Bayden kiberhücumlar və seçki prosesinə müdaxilə məsələlərində ABŞ-ın öz maraqlarını ciddi şəkildə müdafiə edəcəyini deyib.

ABŞ Prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, Bayden ölkəsinin Ukraynanın suverenliyini və ərazi bütövlüyünü tam dəstəklədiyini qeyd edərək, Rusiya qoşunlarının bölgədə cəmləşməsindən narahatlığını ifadə edib.

Bundan əlavə, Bayden Rusiyanı regionda gərginliyin azaldılmasına çağırıb.

Azvision.az


Teqlər: Bayden   Putin  





Xəbər lenti