Gürcüstanda koronavirusa təkrar yoluxmalar artır

Gürcüstanda koronavirusa təkrar yoluxmalar artır
  13 Aprel 2021    Oxunub:1748
“Gürcüstanda koronavirusun mutasiyaya uğraması səbəbindən təkrar yoluxma halları artır”.
Azvision.az xəbər verir ki, bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze deyib.

Onun sözlərinə görə, Gürcüstanda epidemioloji vəziyyət getdikcə pisləşir: “Ölkədə təxminən 8 min aktiv xəstə var. Yanvar ayından bu günədək sutkalıq yoluxma sayı mini ötməyib. Son göstərici böyük narahatlıq doğurur”.

Azvision.az


Teqlər: Gürcüstan   Koronavirus  





Xəbər lenti