“Azərbaycan və Rusiya hərbçiləri “İsgəndər”i müzakirə edir” - Peskov

“Azərbaycan və Rusiya hərbçiləri “İsgəndər”i müzakirə edir” -  Peskov
  13 Aprel 2021    Oxunub:4972
Qarabağda "İsgəndər-M" raketlərinin qalıqlarının aşkarlanması ilə bağlı məsələ Rusiya və Azərbaycan hərbçiləri arasında sıx dialoq şəklində müzakirə olunur.

Azvision.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dimtri Peskov bildirib.
Peskov əlavə edib ki, hərbçilər vasitəsilə sıx dialoq aparılır və müvafiq məsələlər müzakirə olunur.

Qeyd edək ki, mart ayının 15-də Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilən Şuşa şəhərində aparılan təmizləmə əməliyyatı zamanı iki müxtəlif yerdən raket qalıqları aşkar olunub. Tədqiqat vaxtı raketin üzərindəki 9M723 indeks kodu yoxlanılıb və məlum olub ki, bu, "İsgəndər" raketin qalıqlarıdır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Peskov   İsgəndər  





Xəbər lenti