DİN əqli zəifliyi olan 16 yaşlı qızla bağlı məlumat yaydı

  12 Aprel 2021    Oxunub : 1806
DİN əqli zəifliyi olan 16 yaşlı qızla bağlı məlumat yaydı
Daxili İşlər Nazirliyi (DİN) Neftçala rayonu Mürsəqulu kəndində 16 yaşlı, əqli zəifliyi olan qızla bağlı sosial şəbəkələrdə yayılan iddialara münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin Kütləvi İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Azvision.az -a bildirib ki, bu barədə ötən həftənin əvvəlində Neftçala Rayon Polis Şöbəsinə daxil olan məlumat üzrə dərhal araşdırmalar başlayıb, ekspertiza təyin edilib.

"Ekspertizanın nəticəsindən asılı olaraq, qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi təmin ediləcək. Həmin şəxslə bağlı rayon hüquq-mühafizə orqanları və icra hakimiyyəti tərəfindən bütün zəruri tədbirlər davam etdirilir. Polisin vətəndaşın evinə kamera quraşdırması ilə bağlı iddialar isə cəfəngiyyatdır, həqiqəti əks etdirmir. Hər bir vətəndaşın həyat və sağlamlığı, hüquqları bizim üçün önəmlidir. Bu müzakirə olunmayan gerçəklikdir”, - deyə DİN rəsmisi vurğulayıb.

Azvision.az

Teqlər: DİN