Ermənistanın müxalifət lideri oğluna 4 milyonluq toy etdi

  12 Aprel 2021    Oxunub : 2267
 Ermənistanın müxalifət lideri oğluna 4 milyonluq toy etdi
Ermənistanın müxalifət liderlərindən olan "Çiçəklənən Ermənistan" partiyasının və eyniadlı fraksiyanın rəhbəri Qaqik Tsarukyan dəbdəbəli toy məclisi ilə gündəmə gəlib.
Azvision.az xəbər verir ki, Tsarukyan oğlu üçün fantastik məbləğdə toy şənliyi təşkil edib. Erməni KİV-lərinin yaydığı məlumata görə, müzakirələrə səbəb olan toyun xərci 4 milyon dollara yaxın olub:

"Ümumi xərc 2 milyard 88 milyon 200 min dram və ya 3 milyon 940 min ABŞ dollarıdır. Toyda iştirak etmiş Nikolay Baskov -120.000, Yulia Lisenko - 50.000, Stas Mixaylov - 90.000, Kristina Orbakayte - 120.000, "Studiya" - 80,000, Larisa Dolina - 70.000, Soso Pavliaşvili - 70.000, Avraam Russo-50.000, Arkadi Dumikyan - 50.000 dollar alıb.

Müğənnilərin nəqliyyat, təyyarə, otel xərcləri isə 280.000 dollar təşkil edib. Bundan başqa, brilyantla bəzədilmiş xüsusi gəlinlik 230.000 dollara başa gəlib. Salonun dekorasiyası və zalın bəzədilməsinin qiyməti Hollandiyadan gələn çiçəklərlə birgə 370.000 dollardır. Renat Akzamovanın toy üçün hazırladığı nəhəng tortun qiyməti isə 70.000 dollar olub. Helikopterin arendası 15.000, aşpazlar üçün 60.000, 800 ofisianta görə isə 160.000 dollar xərclənib. Digər xidmət işçiləri 55.000 ABŞ dollar alıblar. Xüsusi qonaqlar üçün tranzit, təyyarə xərcləri 540.000 dollar təşkil edib”.



Toya gələn qonaqların sayı 2100 nəfər olub. Masada bir nəfər üçün oturacaq 350 dollara hesablanıb ki, bu da ümumilikdə 735.000 dollar təşkil edir.

Müxalifət lideri Qaqik Tsarukyanın Ermənistan xalqının aclıq və səfalət içində yaşadığı böhranlı günlərdə oğluna 4 milyon dollarlıq toy etməsi ciddi etiraz doğurub.

Tural Tağıyev Azvision.az

Teqlər: Ermənistan   Toy