"Qeyri-neft ixracı 16,4% artıb" - Mikayıl Cabbarov

   "Qeyri-neft ixracı 16,4% artıb" -    Mikayıl Cabbarov
  12 Aprel 2021    Oxunub:2058
Bu ilin yanvar-mart aylarında qeyri-neft məhsullarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,4% artaraq 501,6 mln. ABŞ dolları təşkil edib.
Azvision.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" yazıb.

Nazir bildirib ki, bu, Azərbaycan iqtisadiyyatının pandemiya dövründə də dayanıqlığının göstəricisidir.

"2021-ci ilin yanvar-mart ayları üzrə qeyri-neft ixracının həcmi müstəqillik illərinin analoji dövrü ilə müqayisədə rekord göstəricidir. Bu ilin ilk 3 ayında qeyri-neft məhsullarının ixracı ilk dəfə olaraq 500 mln. dolları ötüb".

Azvision.az


Teqlər: İqtisadiyyat   Nazir  





Xəbər lenti