“Brilyant əl”in aktrisası vəfat etdi

“Brilyant əl”in aktrisası vəfat etdi
  12 Aprel 2021    Oxunub:2133
Rusiyanın məşhur aktrisası Serafima Xolin 98 yaşında vəfat edib.
Azvision.az “RİA Novosti”yə istinadla xəbər verir ki, sənətçinin cəsədi qızı tərəfindən birlikdə yaşadıqları Vernadski prospektindəki mənzildə tapılıb.

Ölümün səbəbi hələ dəqiqləşdirilməyib.

Serafima Xolina "Brilyant əl" filmindəki epizodik rolu ilə məşhurlaşıb. Bundan əlavə, Xolina dublyaj aktrisası kimi məşhur olub. Xüsusilə, Sofiya Lorenin filmlərini rus dilində səsləndirib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Brilyantəl  





Xəbər lenti