DGK büdcəyə 943,5 milyon manat köçürüb

DGK büdcəyə 943,5 milyon manat köçürüb
  12 Aprel 2021    Oxunub:2445
Yanvar-mart aylarında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 943 milyon 538 min manat olub.
Komitədən Azvision.az -a bildirilib ki, üç ayda gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 260 milyon 725 min manat, əlavə dəyər vergisi üzrə 636 milyon 882 min manat, aksizlər üzrə 35 milyon 705 min manat, yol vergisi üzrə isə 10 milyon 223 min manat təşkil edib.

Azvision.az


Teqlər: Gömrük   Büdcə  





Xəbər lenti