Bakıya yeni heyvanlar gətirilib - Zoopark nə vaxt açılacaq?

 Bakıya yeni heyvanlar gətirilib -  Zoopark nə vaxt açılacaq?
  12 Aprel 2021    Oxunub:10299
“Zooparkda işlər yekunlaşmaq üzrədir. Çalışacağıq ki, yay aylarında vətəndaşlarımızı sevindirək”.

Bunu Azvision.az -a Bakı Zooparkının direktoru Azər Hüseynov bildirib. Onun sözlərinə görə, pandemiya ilə əlaqədar işlərdə ləngimələr olsa da, zooparkın tikintisi yekunlaşmaq üzrədir.
“Zooparkımıza yeni heyvanlar - kaymanlar, manqus, Amur pələngi gətirmişik. Meymunlardan, dəvəquşlarından bala alınıb, artım da var. Yeni zooparkda yeni heyvanları görəcəksiniz. Ayılarımız da çoxdur. Qafqaz qonur ayıları bizdə 8 başdır. İndi onlar üçün böyük yer tikilib, çox gözəl olacaq.

Heyvanları indi karantin rejimində saxlayırıq. Xəstəliklə əlaqədar məhdud sayda adam gedib onlara qulluq edir. Hələ ki, zooparkımızda heyvanlar arasında yoluxma halına rast gəlməmişik. Praqa zooparkında işçilərdən şirlərə koronavirus keçmişdi. Bizdə isə belə hal yaşanmayıb”.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Zoopark  





Xəbər lenti