Ermənistanda rus generalın qızının meyiti tapılıb

  11 Aprel 2021    Oxunub : 2846
 Ermənistanda rus generalın qızının meyiti tapılıb
Ermənistanın paytaxtı İrəvanda 40 yaşlı qadın meyiti aşkarlanıb.

Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hadisə Kanaker-Zeytun rayonu ərazisində baş verib. Həmin qadının atasının Rusiya Federal Təhlükəsizlik Xidmətinin generalı olduğu iddia edilir. Lakin onun kimliyi açıqlanmayıb.
Əraziyə cəlb olunan polis əməkdaşları meyitin yanında tapança tapıblar. Qadının intihar etdiyi ehtimal olunur. Qətl versiyası da istisna deyil. Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: Ermənistan   Qətl   Qadın