Türkiyədə daha 237 nəfər koronavirusdan öldü

 Türkiyədə daha 237 nəfər koronavirusdan öldü
  12 Aprel 2021    Oxunub:2281
Türkiyədə son sutka ərzində 237 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 50 min 678 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 3 milyon 849 min 11, pandemiya qurbanlarının sayı isə 33 min 939 nəfərə çatıb.

Türkiyədə indiyədək 3 milyon 331 min 411 pasiyent (son sutkada 30 194 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti