“Ağdamda hər şey tamamilə dağıdılıb” - Asadjon Xojayev

   “Ağdamda hər şey tamamilə dağıdılıb” -    Asadjon Xojayev
  11 Aprel 2021    Oxunub:2625
Biz Ağdamda böyük dağıntıların şahidi olduq. Burada hər şey - bütün infrastruktur, evlər tamamilə dağıdılıb.
Azvision.az xəbər verir ki, bunu Ağdamda səfərdə olan Özbəkistan Prezident Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Asadjon Xojayev jurnalistlərə açıqlamasında deyib.

Asadjon Xojayev bildirib ki, Azərbaycan hazırda inkişafının yeni mərhələsinə qədəm qoyub:

“Qarşıda quruculuqla bağlı böyük işlər durur. Türk Şurasına üzv ölkələr işğaldan azad olunmuş ərazilərin bərpasında iştirak etməlidir. Özbəkistan artıq quruculuq və infrastrukturun bərpası üçün öz köməyini təklif edib. Biz hazırda mütəxəssislərlə birgə bərpasında iştirak edəcəyimiz obyektləri müəyyənləşdiririk. Bizim inşaatçılar bu ərazilərdə obyektlərin bərpasında iştirak edəcək. Məndə olan məlumata görə, Özbəkistan bir məktəbin tikintisini həyata keçirərək Azərbaycan xalqına hədiyyə edəcək. Ən başlıcası, bu torpaqlara sülhün qayıtmasıdır”.

Azvision.az



Teqlər: Özbəkistan   AsadjonXojayev  





Xəbər lenti