“Türkiyə Qarabağın bərpasında iştirak edəcək” - Fahrettin Altun

 “Türkiyə Qarabağın bərpasında iştirak edəcək” -   Fahrettin Altun
  11 Aprel 2021    Oxunub:2479
Azərbaycan sahibi olduğu torpaqları işğaldan azad etdi. Bir milyon azərbaycanlı qardaşımız bu torpaqlara dönəcək. Ərazilər yenidən bərpa olunacaq.

Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fahrettin Altun Ağdamda jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Türkiyə dövlət və özəl qurumları ilə ərazilərin bərpasında iştirak edəcək: "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya səfəri zamanı dedi ki, biz bölgənin sülh göyərçinləri olmaq istəyirik. Eyni zamanda bölgənin əsas oyunçuları olaraq bir daha belə işğala imkan verməyəcəyimizi göstərdik. Ağdam da, Şuşa da, işğaldan azad edilən digər ərazilər də bərpa ediləcək, inkişaf edəcək, dünyanın cazibə mərkəzlərindən birinə çevriləcək. Biz bütün gücümüzlə azərbaycanlı qardaşlarımızın yanındayıq. İnşallah, birlikdə bu ərazilərin bərpasını, inkişafını təmin edəcəyik”.

Azvision.az


Teqlər: FahrettinAltun  





Xəbər lenti