16 yaşlı oğlan məktəbdə atəş açdı - Rusiyada insident

16 yaşlı oğlan məktəbdə atəş açdı -  Rusiyada insident
  11 Aprel 2021    Oxunub:2107
Rusiyanın Sankt-Peterburq şəhərində yeniyetmə məktəbdə pnevmatik tapançadan atəş açıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2005-ci il təvəllüdlü oğlan sinif yoldaşlarının dayandığı tərəfə bir neçə dəfə atəş açıb. Tapança müəllimlərdən biri tərəfindən yeniyetmənin əlindən alınaraq polisə təhvil verilib.

Məktəbli hadisə yerindən qaçıb. Polis yeniyetməni saxlayaraq, onu sorğu-sual edib. Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Rusiya   cinayət  





Xəbər lenti