“Ağdamda gördüklərimiz bənzəri olmayan barbarlıqdır” - Fahrettin Altun

   “Ağdamda gördüklərimiz bənzəri olmayan barbarlıqdır” -    Fahrettin Altun
  11 Aprel 2021    Oxunub:3260
Bu torpaqlara gələn zaman Qarabağ zəfərinin necə böyük zəfər olduğunu bir daha açıq şəkildə anladıq. Bunu ürəkdən hiss etdik. Şəhid olan bütün qardaşlarımıza Allahdan rəhmət, yaralılara uzun ömür diləyirik. Bu zəfər üçün onlara minnətdarıq.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fahrettin Altun Ağdamda jurnalistlərə açıqlamasında deyib.

F.Altun bildirib ki, bu qələbə Azərbaycan, bölgə və Türkiyə üçün böyük bir zəfərdir: “30 illik işğal sona çatdırıldı. Həqiqətən, Prezident İlham Əliyevin qətiyyətli mövqeyi nəticəsində işğal aradan qaldırıldı və bölgə azad edildi. Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə bu haqlı mübarizədə Azərbaycana dəstək verdi. Bu gün bunun qürurunu yenidən burada yaşadıq”.

Türkiyə rəsmisi Ağdamda gördüyü erməni vəhşiliyindən söz açaraq deyib: “Buradakı zülmü, əziyyəti və barbarlığı gördük. Bu, bənzəri olmayan bir barbarlıqdır. Burada barbarlıq olan zaman dünyanın, beynəlxalq təşkilatların necə ikiüzlü bir mövqe sərgilədiyini də gördük. Baxın, burada mədəniyyət abidələri tar-mar edilib. Amma özünü dünyanın mədəniyyət abidələrini qorumaq məsuliyyəti daşıyan qurumlardan heç bir səs çıxmayıb. Ona görə də buradakı mədəniyyət abidələri məhv edilib. Bu abidələr, əslində, türklüyün və İslamın izlərini itirmək üçün məhv edilib. Amma bunu bacarmadılar, bacara bilməyəcəklər. Çünki bu torpaqlar türklərin, İslamın torpaqlarıdır”.

Azvision.az


Teqlər: FahrettinAltun  





Xəbər lenti