Fransada koronavirus fəlakəti yaşanır

  11 Aprel 2021    Oxunub : 2130
 Fransada koronavirus fəlakəti yaşanır
Fransada son 24 saatda koronavirusa 43 284 yeni yoluxma faktı qeydə alınıb.
Azvision.az xəbər verir ki, Fransa Xalq Sağlamlığı Agentliyinin yaydığı məlumata görə, ötən gün 210 nəfər pandemiyadan dünyasını dəyişib. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 98 min 605-ə yüksəlib.

Fransada infeksiyaya yoluxanların ümumi sayı 5 23 785 nəfərə çatıb. Aktiv xəstələrin sayı 30 238 nəfərdir, onlardan 5769-u reanimasiyaya yerləşdirilib.

Reanimasiyada olan xəstələrin sayı 2020-ci ilin 17 aprel tarixindən bəri ən yüksək həddə çatıb.

Azvision.az

Teqlər: Fransa   Koronavirus