Peruda oksigen balonu olmadığına görə xəstələr öldü

Peruda oksigen balonu olmadığına görə xəstələr öldü
  11 Aprel 2021    Oxunub:2488
Perunun şimalında yerləşən xəstəxanalardan birində oksigen balonu olmadığına görə 12 koronavirus xəstəsi vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

Bildirilib ki, ölüm hadisəsi aprelin 9-u Talara şəhərində baş verib. Tədarükçülərin ehtiyat tükənmədən əvvəl onlara okigen balonlar göndərməsinə baxmayaraq, xəstəxana rəhbərliyi məsələyə ciddi yanaşmayıb. Piura bölgəsindəki xəstəxanalara oksigen tədarük edən Oximan şirkəti balonların paytaxt Limadan gətirildiyini və bölgədə koronavirus xəstələri üçün lazımlı təchizatın olmadığını qeyd edib.

Öz növbəsində prokurorluq nümayəndələri hadisə ilə bağlı ilkin istintaqın başladığını elan ediblər.

Azvision.az


Teqlər: Peru  





Xəbər lenti