Ermənistanda daha 15 nəfər COVID-19-dan öldü

 Ermənistanda daha 15 nəfər COVID-19-dan öldü
  11 Aprel 2021    Oxunub:2892
Ermənistanda son sutka ərzində daha 650 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 202 817 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 15 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 3735-ə çatıb.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 952 nəfərdir. Aktiv xəstələrin sayı 16 167 nəfər təşkil edir.

Azvision.az


Teqlər: Ermənistan   Koronavirus  





Xəbər lenti