İranın Atom Elektrik Stansiyasında qəza olub

 İranın Atom Elektrik Stansiyasında qəza olub
  11 Aprel 2021    Oxunub:2681
İranın Nətənz Atom Elektrik Stansiyasında qəza baş verib.
Azvision.az xəbər verir ki, bu barədə Fars informasiya agentliyi İran Atom Enerjisi Təşkilatına istinadən məlumat yayıb.

Təşkilatın sözçüsü Behruz Kamalvəndi hadisənin elektrik enerjisinin paylanma şəbəkəsində baş verdiyini və qəza nəticəsində xəsarət alanların olmadığını bildirib.

Hökumət qəzanın səbəblərini müəyyənləşdirmək üçün araşdırma aparır.

Azvision.az


Teqlər: İran  





Xəbər lenti