Son sutkada yoluxma sayı 747 mindən çox artıb

   Son sutkada yoluxma sayı 747 mindən çox artıb
  11 Aprel 2021    Oxunub:2002
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı son sutka ərzində 747 mindən çox artıb.
Azvision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında bildirilib.

Məlumata əsasən, ötən sutkada 747 min 219 nəfər koronavirusa yoluxub, 13 min 556 pasiyent dünyasını dəyişib. Virusa yoluxanların ümumi sayı 135 milyon 290 min 568, ölənlər isə 2 milyon 927 min 764 nəfərə çatıb.

İndiyədək ən çox yoluxma halı ABŞ (31,8 milyon), Braziliya (13,3 milyon), Hindistan (13,3 milyon), Fransa (4,9 milyon) və Rusiyada (4,6 milyon) aşkarlanıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti