“Liverpul”dan qələbə, “Mançester Siti” uduzdu

“Liverpul”dan qələbə, “Mançester Siti” uduzdu
  11 Aprel 2021    Oxunub:3789
Futbol üzrə İngiltərə Premyer Liqasında 32-ci turun növbəti oyunları keçirilib.
Azvision.az xəbər verir ki, çempionluğa iddialı olan “Mançester Siti” öz meydanında “Lids Yunayted” komandasını qəbul edib. Maraqlı anlarla yadda qalan görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu oyundan sonra xallarının sayını 45-ə çatdıran “Lids Yunayted” turnir cədvəlində 9-cu yerə yüksəlib, 74 xala sahib olan “Mançester Siti” isə hazırda Premyer Liqada liderliyi davam edir.

Günün digər matçında “Liverpul” komandası “Aston Villa” ilə qarşılaşıb. 2:1 hesablı qələbə qazanan “Liverpul” 52 xalla dördüncü, “Aston Villa” isə 44 xalla 10-cü sırada yer alıb.

Azvision.az


Teqlər: Liverpul  





Xəbər lenti