“Ukraynaya dəstək verməyə hazırıq” - Ərdoğan

   “Ukraynaya dəstək verməyə hazırıq” -    Ərdoğan
  11 Aprel 2021    Oxunub:4626
Türkiyə Ukraynanın ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəkləyir.

Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna lideri Vladimir Zelenski ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
“Krımın ilhaqını tanımama qərarımızı bir daha təsdiqlədiq", - deyə Ərdoğan vurğulayıb ki, Qara dəniz sülh və sabitlik dənizi olmalıdır.

Türkiyə Prezidenti onu da qeyd edib ki, Ukraynanın şərqindəki gərgin vəziyyət diplomatik əsaslarla həll olunmalıdır.

"Ukraynaya dəstəyimizi verməyə hazırıq. Mövcud böhran diplomatik yollarla sülh şəraitində həll edilməlidir. Narahatedici gərginləşmənin qısa zamanda başa çatmasını və atəşkəsin davam etməsini arzulayırıq”.

Azvision.az


Teqlər: Ərdoğan   Türkiyə   Ukrayna  





Xəbər lenti