“Neftçi” “Qəbələ”ni məğlub edə bilmədi

“Neftçi” “Qəbələ”ni məğlub edə bilmədi
  10 Aprel 2021    Oxunub:3299
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura start verilib.
Azvision.az xəbər verir ki, günün ilk oyununda “Neftçi” klubu səfərdə “Qəbələ”nin qonağı olub. Qəbələ şəhər stadionunda keçirilən görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Bu oyundan sonra xallarının sayını 43-ə çatdıran “Neftçi” turnir cədvəlində ikinci pillədə qərarlaşıb, “Qəbələ” isə 24 xalla 5-ci sırada yer alıb.

Qeyd edək ki, günün digər oyununda “Sabah” “Səbail”i qəbul edəcək. Tura aprelin 11-də oynanılacaq “Zirə” – “Keşlə” və “Qarabağ” – “Sumqayıt” matçları ilə yekun vurulacaq.

Azvision.az


Teqlər: Neftçi   Qəbələ  





Xəbər lenti